Press "Enter" to skip to content

Vüqar Şirinli “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi olub

Son yeniləmə: 27 Avqust 2021 16:08

Bayraqdar.info – Azərbaycan paracüdoçusu Vüqar Şirinli “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi olub.

Avqustun 27-də Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib.

“Növbəti görüşündə rumıniyalı Aleks Boloqanı tatamidən məyus yola salan V.Şirinli “Tokio-2020″nin finalına yüksəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə idmançı qazaxıstanlı Anuar Sarıyevi məğlub edərək Tokio Paralimpiadasının qalibi olub.

“Digər Azərbaycan paracüdoçusu Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün N.Abaslı təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşıb. Rəqibini məğlub edən N.Abaslı Paralimpiya Oyunlarının bürünc medalına sahib olub”, – deyə Nazirliyin məlumatında qeyd edilir.

XVl Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Mission News Theme by Compete Themes.