Son yeniləmə: 27 Avqust 2021 14:01
Bayraqdar.info – “Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi kimi fəaliyyətə başlamaqdan böyük qürur hissi keçirirəm. Bu gözəl ölkədə vəzifəmin başlanğıcı ciddi sınaqların olduğu dövrə təsadüf edir – COVID-19 pandemiyası və münaqişədən sonrakı bərpa işləri” .
Bu sözlər BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycan ictimaiyyətinə və tərəfdaşlara ünvanladığı videomüraciətdə öz əksini tapıb.
BMT-nin ölkəmizdəki nümayəndəliyindən bayraqdar.info-ya avqustun 27-də verilən məlumata görə, videomüraciətdə daha sonra deyilir: “BMT ailəsi hər iki sahədə Azərbaycanın səylərini dəstəkləyir. Bu problemlərdən əziyyət çəkən əhalinin ehtiyaclarını qarşılamaq üçün hökumətlə sıx əməkdaşlıq edirik. Biz həmçinin, ölkənin Davamlı İnkişaf Məqsədlərinə doğru irəliləməsini sürətləndirmək üçün yeni və iddialı beşillik əməkdaşlıq çərçivəsinin icrasına başlamışıq”.
Rezident-əlaqələndirici bildirib ki, gələn il, BMT-Azərbaycan tərəfdaşlığında mühüm bir mərhələni yaşayacağıq: “Azərbaycanın BMT-yə üzv olmasının və ölkədə BMT Ofisinin yaradılmasının 30-cu ildönümü. Bu, tərəfdaşlığımızın bir çox uğurları və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparmaq üçün əla fürsət olacaq. BMT-nin Dayanıqlı İnkişafa dair Əməkdaşlıq Çərçivəsində müəyyən edilmiş prioritet sahələr üzrə irəliləyişi təmin etmək və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasını dəstəkləmək üçün hərkəslə-hökumətdəki tərəfdaşlarımız, vətəndaş cəmiyyəti, özəl sektor, elmi dairələr və başqaları ilə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.
🇦🇿🇺🇳I am looking forward to continue the strong partnership with #Azerbaijan government, civil society, private sector & academia to ensure inclusive growth, greener economy, gender equality & #LeaveNoOneBehind.
Birlikdə güclüyük. #GlobalGoals pic.twitter.com/zP32hscKxr— Vladanka Andreeva (@Vladanka_A) August 27, 2021