Anar Salehoğlu,
Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi
Bu siyasət Azərbaycan xalqını, dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və xalqımızın rifahı naminə həyata keçirilən ən böyük siyasətdir. Elə ona görə də günümüzdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən və Ulu Öndərin təməlini qoyduğu siyasət ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir. Məhz həmin müqəddəs siyasət Azərbaycanı 44 günlük vətən müharibəsində qələbəyə çatdırdı.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsaslı qoyulmuş hərb strategiyası Azərbaycanın Müzəffər ordusunun dünya orduları arasında ön sırada yer almasına imkan yaratdı. Müasir Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin neft strategiyası ölkəmizin iqtisadi gücünün artmasına əsaslı şəkildə təsir etdi.
Gələcək nəsillərin yaxşı yaşamasını, onların davamlı inkişaf edərək Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etmələrini düşünən Ulu Öndər öz fəaliyyətində həmişə gənc nəsilə böyük önəm verirdi. Öz xilaskarlıq missiyası ilə qədim tarixi köklərə malik olan Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq uğrunda kəskin mübarizə aparan Ulu Öndər Azərbaycan xalqına böyük bir gələcək vəd etdi və bu vədi yerinə yetirdi.
Bu gün Prezident İlham Əliyev Ümummilli Liderimizin siyasətini layiqincə davam yetirir. Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu artıb və artmaqda davam edir. Heç şübhəsiz ki, yaxın gələcəkdə ölkəmiz inkişaf etmiş ölkələr sırasına daxil olacaq. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın inkişaf dinamikasını izləmək fikrimizin əsaslı fikir olduğunu sübut edən ən əsas amil kimi qiymətləndirilə bilər.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ərazi bütövlüyümüzün təmin edilməsinə, 30 illik işğalın sona çatmasına səbəb oldu. Bu qələbə dünya tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan haqq savaşı apardı və qalib gəldi. Müzəffər Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi şücaət bütün dünyanı heyrətə gətirdi.
Bu gün dövlətimiz qarşısında duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasıdır. 1 milyondan çox qaçqın və məcburi köçkün öz ata-baba yurdlarına tez bir zamanda geri qaytarılmalıdır. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən müxtəlif sərəncam və qərarlar verilmiş, icrası üçün aidiyyəti orqanlar təlimatlandırılmışdır. Kiçik zaman çərçivəsində erməni vandallarının vəhşiliklə dağıtdıqları şəhər və rayonlarımızın tam bərpa edilərək yerli əhalinin həmin ərazilərə köçürülməsi gözlənilir.