Son yeniləmə: 27 Avqust 2021 11:02
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, avqustun 26-sı saat 19.00 radələrində Qazaxıstanın Jambıl vilayətində bir hərbi hissədə öncə yanğın, ardınca da partlayışlar baş vermişdi. İlkin xəbərlərdə deyilirdi ki, nəticədə 60 nəfər xəsarət alıb.
Avqustun 27-si səhər bəlli olub ki, partlayışlar zamanı həlak olanlar da var. Bakı vaxtı ilə saat 10.50-yə olan məlumata görə, hadisə yerində 5 nəfər həlak olub. Onlarla dünən hadisə baş verəndən sonra əlaqə itibmiş. Sonrakı saatlarda həlak olduqları bəlli olub.
Gələn xəbərlərdə o da deyilir ki, ümumilikdə zərər çəkənlərin sayı 90 nəfəri ötüb. Bundan başqa hələ də əlaqəyə çıxmayan şəxslər var. Mümkündür ki, onlar da partlayış zamanı həlak olub.
Əlavə edək ki, bu xəbərləri TengriNews yayıb.