Bayraqdar.info – Avqustun 27-də Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Məlumatı Prezidentin Mətbuat xidməti avqustun 27-də yayıb.
“Sərəncamda Sabunçu rayonunun Bakıxanov, Bilgəh və Ramana qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması məqsədilə 7,4 milyon (yeddi milyon dörd yüz min) manatın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması nəzərdə tutulur”, – deyə məlumatda bildirilir.