Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 443-ə çatıb

Bayraqdar.info – “Məşğulluq marafonu”na qoşularaq şəhidlərin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək göstərən işə götürənlərin sayı artıq 443-ə çatıb.

Bu barədə bayraqdar.info-ya avqustun 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Nazirlik tərəfindən başladılan marafonda iştirak edən həmin işəgötürənlərin 226-sı dövlət, 217-si özəl müəssisələrdir.

Onlar tərəfindən marafona 2003 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da 543-ə çatıb ki, onlardan 439-u qazi, 104-ü şəhid ailəsi üzvləridir. Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları keçidə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.