Press "Enter" to skip to content

Azərbaycan paracüdoçusu finala yüksəlib

Son yeniləmə: 27 Avqust 2021 15:25

Bayraqdar.info – “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 48 kq çəki dərəcəsində çıxış edən Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və Viktoroya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gəlib. O, Fransa təmsilçisi Sandrine Martinet ilə qızıl medal uğrunda yarışa çıxacaq.

Bu barədə bayraqdar.info-ya avqustun 27-də Milli Olimpiya Komitəsindən xəbər verilib.

“Digər qadın paracüdoçu Bəsti Səfərova (52 kq) isə ilk görüşdə Yui Fucivaraya (Yaponiya) uduzub. Rəqib finala yüksəldiyi üçün B.Səfərova təsəlliverici görüşə çıxsa da, ukraynalı Nataliya Nikolayçikə məğlub olaraq Paralimpiadanı medalsız başa vurub.

“Qeyd edək ki, Azərbaycan komandasının aktivində artıq 1 medal var. Belə ki, Pərvin Məmmədov (49 kq) pauerliftinq yarışlarında bürünc medala sahib olub.

“Tokio-2020”də Azərbaycanı idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərin 24-ü kişi və 12-si qadındır.

“XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək”, – deyə MOK-dan bildirilib.

Mission News Theme by Compete Themes.