Press "Enter" to skip to content

Bu gün “Tokio-2020” Yay Paralimpiadasında azərbaycanlı idmançılar yarışacaq

Son yeniləmə: 27 Avqust 2021 14:11

Bayraqdar.info – Azərbaycan Milli Olimpiya Komitəsindən avqustun 27-də bayraqdar.info-ya verilən xəbərə görə, “Tokio-2020” Yay Paralimpiadasının üçüncü günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

“Yarış günündə idmançılardan 4-ü paracüdo, 1-i üzgüçülük və digər 1-i isə pauerliftinq yarışlarında güclərini sınayacaqlar.

“Paraçüdoçulardan Vüqar Şirinli (60 kq) Henri Borges (Uruqvay) – Recep Çiftçi (Türkiyə) cütünün qalibi, Namiq Abaslı (66 kq) Bannon İbanes (İspaniya) – Luis Peres (Puerto-Riko) cütünün qalibi ilə qarşılaşacaq.

“Paralimpiyaçı Raman Saleh 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında çıxış edəcək.

“Paralimpiya çempionu və Azərbaycan komandasının “Tokio-2020″nin açılış mərasimdə bayraqdarı atlet Oloxan Musayev nüvə itələmə yarışında medallar uğrunda mübarizə aparacaq”, – deyə MOK-un xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.