Press "Enter" to skip to content

Balaxanı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Bayraqdar.info – Balaxanı Sənaye Parkında sayca 23-cü rezident – “Zəfər işığı” MMC qeydiyyata alınıb. “Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur.

Bu barədə bayraqdar.info-ya avqustun 27-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 m2 istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaq.

Qeyd edilib ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.

Mission News Theme by Compete Themes.