Bayraqdar.info – Azəriqaz” İstehsalat Birliyinin sayca 8-ci “Açıq mikrofon” aksiyası İsmayıllı rayonunun Enişdibi kəndində baş tutub.
“Azəriqaz” İB-dən avqustun 27-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbirdə Birliyin baş direktoru Ruslan Əliyev, “Azəriqaz” İB yanında yaradılan İctimai Şuranın sədri Xəyal Bəşirov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak ediblər. Onlar sakinlərin qayğıları ilə maraqlanıblar. “Səyyar qəbul otağı”na üz tutan vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək öz problem və təkliflərini səsləndiriblər.
“Baş direktor R. Əliyev yerində bütün şikayətlərə reaksiya verərək kəndin qazlaşdırılması ilə bağlı göstərişlərini verib. Qeyd edək ki, bu aksiya artıq 5-ci dəfədir ki, regionlarda təşkil olunur”, – deyə “Azəriqaz” vurğulayır.