Son yeniləmə: 26 Avqust 2021 10:43
Bayraqdar.info – Avqustun 26-da Azərbaycan pauerliftinqçisi Pərvin Məmmədov “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçı 156 kiloqramlıq nəticə göstərib və bürünc medala sahib olub.
Xəbər bayraqdar.info-ya avqustun 26-da Azərbaycan Milli Olmpiya Komitəsindən verilib.
Xəbərdə deyilir ki, yarışın qalibi İordaniya idmançısı Omar Sami Hamadeh Qarada olub. İkinci yeri vyetnamlı Conq Le Van tutub.
MOK-dan onu da qeyd ediblər ki, “Tokio-2020”də Azərbaycanı idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərin 24-ü kişi və 12-si qadındır.