Bayraqdar.info – “Kıbrıs Rum Administrasiyasının lideri Nikos Anastasiadisin pasportlarla bağlı verdiyi və Kıbrıs rum xalqının daxili auditoriyasına hesablanmış açıqlamasını təəssüflə qarşıladığımı bildirmək istəyirəm. Bu açıqlamada ortaya qoyulan əsassız və yalan iddialarla əlaqədar onunla polemikaya girmək fikrində deyiləm. Ancaq, hər kəsin həqiqətləri bilməsi üçün bəzi əsas məqamları qeyd etməyi bir zərurət olaraq görürəm.”
Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Kıbrıs rum idarəsinin lideri Nikos Anastasiadisin paspotlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib.
KKTC Cümhurbaşqanlığından bildirilib ki, Ersin Tatar daha sonra deyib: “Cənab Anastasiadis illərdir Kıbrısın Helenizmin bir hissəsi olduğunu və Kıbrıs rumlarının “Ellinizm DNT” sini daşımalarını israrla söyləyib özü irqçiliklə məşğul olarkən, mənim bir qəzetə verdiyim açıqlamanı təhrif edərək guya irqçlik etdiyimə işarə vurmasını sayğızlıq kimi görür və qiymətləndirirəm”.
E.Tatar hər zaman açıqlamalarında iki suveren, bərabərhüquqlu xalqın əməkdaşlığına əsaslanan iki dövlətli həll modelini dəstəklədiyini də deyib: “Cənab Anastasiadisdən soruşuram: İrqçlik budur, yoxsa bütün adanı Helenizmin ayrılmaz bir hissəsi olaraq görən, ortaq Kıbrıs Cümhuriyyətini güc yolu ilə işğal edən və adada yaşayan türkləri bir azlıq sayan zehniyyətmi?”
“Gün işığı kimi aydındır ki, tərəflər arasında suveren bərabərlik və bərabər beynəlxalq status əsasında bir tarazlıq qurulmadan adamızda və bölgəmizdə davamlı sülh, sabitlik və əməkdaşlıq qurula bilməz” – deyə, E.Tatar sonda bildirib.