Bayraqdar.info – “”Beynəlxalq Ordu Oyunları – 2021″ yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilər “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” mərhələsinin “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetirib.”
Xəbər bayraqdar.info-ya avqustun 26-da Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, əvvəlcə epizodun yerinə yetirilmə ardıcıllığı müəyyən edilib. Heyətlər bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdirib.
“Müsabiqənin ilk epizodunun yerinə yetirilməsi üzrə beynəlxalq hakimlər kollegiyasının qərarı ilə İran və Qazaxıstan komandaları 38 balla birinci, Azərbaycan komandası 32 balla ikinci, Rusiya komandası isə 28 balla üçüncü yerə layiq görülüb”, – deyə Nazirliyin Mətbuat xidmətindən bildirilir.