Press "Enter" to skip to content

Baş Prokurorluq vətəndaşları ayıq olmağa səsləyir

Bayraqdar.info – Baş Prokurorluğun Mətbuat xidməti qanunsuz ağac kəsintisi, yaşıllıqların məhv edilməsi, meşələrə zərər vurulması halları ilə bağlı videomüraciət yayıb.

Bu barədə bayraqdar.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat daxil olub.

Videomüraciətdə bildirilir ki, təəsüflər olsun ki, son dövrlərdə ekoloji tarazlığın pozulmasına yönələn qanunsuz əməllər törədənlərin sayı artıb.

“Əsasən də ağaclara zərər vurulması, yaşıllıqların məhv edilməsi insan sağlamlığı üçün birbaşa təhlükədir.

“”Təbiətin ağciyərləri” adlandırılan ağaclar təbiətdə oksigen balansının təmin olunmasında əsas rol oynayır.

“Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər.

“Qanunsuz ağac kəsmə Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən cinayət məsuliyyəti yaratmaqla 6 ilədək azadlıqdan məhrum etmə ilə nəticələnə bilər.

“Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

“Qanunsuz ağac kəsintisi, yaşıllıqların məhv edilməsi, meşələrə zərər vurulması halları ilə üzləşdikdə dərhal “961” Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin”, – deyə videomüraciətdə vətəndaşlara müraciət edilir.

Mission News Theme by Compete Themes.