Press "Enter" to skip to content

Sosial təminat növləri üzrə 240 minədək təyinat e-qaydada həyata keçirilib

Bayraqdar.info – Bu ilin ötən dövründə 114 min e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 16,3 mini pensiya təyinatları olub.

Bu barədə bayraqdar.info-ya avqustun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ilin əvvəlindən sosial təminat növləri (pensiya, müavinət və təqaüd) üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Ötən dövrdə həmin sosial təminat növləri üzrə 40 mini  pensiyalar olmaqla, ümumilikdə 240 minədək təyinat e-qaydada həyata keçirilib.

Bununla da həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv xidmət olaraq onlara müvafiq sosial ödənişlər e-qaydada təyin edilib.

Mission News Theme by Compete Themes.