Press "Enter" to skip to content

Təbriz: “Traxtur” azarkeşlərindən SEPAH-a etiraz – VİDEO

Azad olacaq bir gün Güney Azərbaycan!

Bayraqdar.info – Avqustun 22-də Təbrizin “Traxtur” futbol klubunun tərəfdarları aksiya keçirib. Onlar klub rəhbərliyinin yarıtmaz idarəçiliyinə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin klubun işinə müdaxiləsinə etiraz ediblər. Narazılar Şərqi Azərbaycan Futbol Şurası binasının inzibatı binası qarşısına toplaşıb.

Aksiyada “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan! Eybi yoxdur, ölərəm mən, Sən yaşa Azərbaycan!” “Azərbaycan milləti, çəkəmməz bu zilləti!” “Ostanın məsulları, cavab ver, cavab ver!” məzmunlu plakatlar qaldırılıb, şüarlar səsləndirilib.

Azarkeşlər əlaqədar məsulların məsələyə aydınlıq gətirməsini tələb ediblər.

Qeyd edək ki, “Traxtur” tərəfdarları oxşar məsələ ilə bağlı avqustun 21-də Şərqi Azərbaycan valiliyinin qarşısında da etiraz aksiyası keçirmişdilər.

Rəhbərliyin problemlərin həll olunması ilə bağlı verdiyi vədlərə baxmayaraq aparıcı oyunçular komandanı tərk ediblər.

Bununla yanaşı komandaya yeni təcrübəli baş məşqçinin təyin ediləcəyi ilə bağlı vədlərin əksinə olaraq Fəraz Kəmalvənd bu posta gətirilib.

Futbol mütəxəssisləri, tənqidçilər və komanda tərəfdarları bu seçimin uğurlu olmadığını bildirirlər.

Qeyd edək ki, “Traxtur” dünyanın ən populyar türk futbol klublarındandır.

“Traxtur” bir futbol komandasından daha çox Güney Azərbaycan türklərinin azadlıq səsi kimi qəbul olunur.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.