Press "Enter" to skip to content

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi

Son yeniləmə: 24 Avqust 2021 12:26

“Peyvənd olunmaq üçün onlayn növbə götürün”

Bayraqdar.info – Avqustun 24-də Səhiyyə Nazirliyi vətəndaşlara bir daha müraciət edərək peyvənd olunmaq üçün onlayn növbə götürməyə çağırır.

Bu barədə bayraqdar.info-ya Nazirliyin Mətbuat xidmətindən xəbər verilib.

Xəbərdə bildirilir ki, “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

“Vətəndaşlar “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

“Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur.

“Peyvənd məntəqəsindəki tibb işçilərinin vəzifəsi onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir. Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək.

“Belə halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar”, – deyə Nazirlik vurğulayır.

Mission News Theme by Compete Themes.