Son yeniləmə: 24 Avqust 2021 17:13
Bayraqdar.info – Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı başa çatıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edib.
Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar.
Azərbaycan komandasının digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.