Press "Enter" to skip to content

KKTC xarici işlər naziri Türkiyə müdafiə naziri ilə görüşüb

Bayraqdar.info – İstanbulda səfərdə olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.

Bu barədə bayraqdar.info-ya KKTC-nin ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, görüş, Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən açılışı  gerçəkləşdirilən 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-21) çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilib. H.Akar, Kıbrıs rum tərəfinin barışmaz mövqeyindən əl çəkməsinin vacibliyini vurğulayıb. O, illərdir sınanmış və uğursuz olan cəhdlər əvəzinə, suveren, bərabərhüquqlu və müstəqil iki dövlətli bir həllin zəruri olduğunu deyib.

H.Akar Türkiyənin hər zaman olduğu kimi yenə də KKTC-nin hüquqlarını qorumağa davam edəcəyini deyib. Türkiyənin bu məsələdə mövqeyinin açıq olduğu bildirilib.

Xəbərə əsasən T.Ertuğruloğlu səfər çərçivəsində İstanbulda Haber Global TV-də “Günün nəbzi” proqramının da qonağı olub.

Mission News Theme by Compete Themes.