Press "Enter" to skip to content

Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Müdafiə Nazirliyi

Bayraqdar.info – “Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-u saat 17:24-dən avqustun 20-si saat 00:25-dək Gorus rayonunun Xanazax, Basarkeçər rayonunun Aşağı Zağalı və Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərindən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Xəbər avqustun 20-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

“Bundan əlavə, avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb.

“Cavab atəşilə qarşı tərəf susdurulub.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

“Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.