Press "Enter" to skip to content

Anadolu Universitetinin Azərbaycanda fililalı yoxdur

Bayraqdar.info – “Son günlər bəzi mətbuat orqanlarında adları açıqlanan xarici universitetlərin Bakı filiallarının siyahısında əsassız olaraq Anadolu Universitesinin də adı keçib. Bildirmək istəyirik ki, Anadolu Universiteti Azərbaycanda və ümumiyyətlə dünyanın heç bir ölkəsində filial açmayıb. Sadəcə universitetimiz dünyanın 30-dan çox ölkəsində tələbələrə məsafəli təhsil üsulu ilə uzadan təhsil verir.”

Bunu avqustun 19-u Anadolu Universitenin təmsilçisi Araz Hətəmzadə açıqlamasında deyib.

Bildirilib ki, Anadolu Universiteti 1958-ci ildə Türkiyənin dövlət universiteti olaraq qurulub. Öz əyani təhsili ilə yanaşı 1982-ci ildən başlayaraq Türkiyədə və dünyada “Açıköğretim Sistemi” üzərindən məsafədən təhsil üsulu ilə uzaqdan təhsil verir: “Türkiyənin Xarici İşlər Nazirliyi və Ali Təhsil Şurasının  müvafiq rəylərini nəzərə alaraq universitet 2009-cu ildən başlayaraq Azərbaycandan da tələbə qəbul edir. Anadolu Universiteti qardaş Azərbaycana və azərbaycanlı tələbələrə hər zaman xüsusi önəm verir”.

A.Hətəmzadə bildirib ki, 2013-cü ilin may ayında Eskişehirdə, Anadolu Universitetində Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi açılıb: “Universitetin təhsil kompleksində əyani təhsil alan türk və azərbaycanlı tələbələrimizlə yanaşı əcnəbi tələbələr də Azərbaycan haqqında ən dolğun məlumatları Universitetin Heydər Əliyev Mərkəzindən alırlar”.

A.Hətəmzadə onu da əlavə edib ki, Türkiyənin Anadolu Dövlət Universiteti pandemiya şəraitində azərbaycanlı abituriyentlərinin sağlamlığının qorunması məqsədi ilə 2021/2022-ci tədris ili üçün universitetə distant təhsil üzrə qəbulu imtahansız, sadəcə attestatla həyata keçirəcək.

Mission News Theme by Compete Themes.