Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov “11 mart 2021-ci ildə Daşkənddə imzalanmış Qırğız Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbək-Qırğız İnkişaf Fondunun qurulması haqqında” Qanunu imzalayıb.
Bu haqda xəbəri bayraqdar.info-ya avqustun 18-də Qırğızıstan Prezidentinin administrasiyasından veriblər.
İmzalanmış qanunun əsas məqsədi qeyd edilən Fondun qurulması üçün dövlət içi qaydaların müəyyən edilməsidir.
Fondun özünə gəlincə, onun Qırğızıstan ərazisində ən önəmli sahələrə aid olmaqla özünü təmin edən layihələrin icrası üçün nəzərdə tutulduğu bildirilir. Bu işlərin gerçəkləşə bilməsi üçünsə Qırğızıstan və Özbəkistan arasında işbirliyi planlaşdırılır.
Fondun ilkin nizamnamə kapitalı 50 mln ABŞ dolları olacaq. Bu pulu Özbəkistan tərəfi təmin edəcək. Sonrakı mərhələdə isə bu kapital 200 mln dollara qədər artırılacaq.