Bayraqdar.info – Krım Platforması Zirvə görüşünün internet saytı artıq krım tatar dilində də əlçatandır.
Bu haqda xəbəri avqustun 17-də Ukrayna xarici işlər nazirinin 1-ci müavini Emine Ceppar özünün sosial media hesabında yayıb.
“Krım Platformasının saytı krım tatar dilində: crimea-platform.org/qt. Bundan sonra Platforma haqqında bütün aktual məlumatları ukrayna, ingilis və krım tatar dillərində oxuya bilərsiniz!” – deyə o yazıb.
📢#QırımPlatforması saytı qırımtatar tilinde ⬇️
✅ https://t.co/DEEdTCWQNv
Endiden Platforma aqqında bütün aktual malümatnı ukrain, ingliz ve qırımtatar tillerinde oquy bilesiñiz!— Emine Dzheppar (@EmineDzheppar) August 17, 2021
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ev sahibliyində cari il avqustun 23-də keçirilməsi nəzərdə tutulan Krım Platformasında Rusiyanın işğalı altındakı yarımada ilə bağlı məsələlər müzakirə ediləcək. Platformanın işində iştirakını bir sıra dövlətlərin rəhbərləri artıq təsdiq edib. Hələlik Azərbaycanın hansı şəkildə burada iştirak edəcəyi ilə bağlı məlumata malik deyilik.
Yeri gəlmişkən, Platformanın nə məqsədə qulluq etməsi də qeyd olunan saytda təqdim edilib: “Krım Platforması Ukrayna Prezidentinin təşəbbüsü ilə yaradılan və Krımın davam edən işğalına beynəlxalq münasibətin səmərəliliyini artırmaq, artan təhlükəsizlik təhdidlərinə cavab vermək, Kremlə beynəlxalq təzyiqi artırmaq, insan haqlarının daha da pozulmasının qarşısını almaq, işğalçı rejimin qurbanlarını müdafiə etmək, Krımı işğaldan azad etmək və Ukraynaya qaytarmaq məqsədi olan yeni beynəlxalq məsləhətləşmə və koordinasiya formatıdır”.
Əlavə edək ki, Platformanın Twitter hesabı da fəaliyyət göstərir.