Press "Enter" to skip to content

KKTC Baş naziri Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılıb

Bayraqdar.info – Rəsmi görüşlər üçün Türkiyəyə səfər edən KKTC Baş naziri Ersan Saner Türkiyə Cümhurbaşqanlığının himayəsində TÜYAP-da keçirilən 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasiminə qatılıb.

Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Qeyd edilib ki, Ersan Saner açılış mərasiminə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, vitse -prezident Fuat Oktay, qonaq dövlət və hökumət başçıları ilə birgə qatılıb.

Mərasimdə hənmçinin KKTC xarici işlər naziri Tahsin Ertuğruloğlu, Türkiyənin müdafiə naziri Hulusi Akar və qonaq ölkələrin bəzi xarici işlər və müdafiə nazirləri də iştirak ediblər.

Əlavə edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da açılışda iştirak edib.

Mission News Theme by Compete Themes.