Press "Enter" to skip to content

Ersin Tatar: Erenköy müqaviməti Kıbrıs türkünün Çanaqqala dastanıdır

Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatar Erenköy mücahidi Nazım Kızılbora və 30 ildən çox Erenköydə simsiz rabitə operatoru olaraq çalışan Özgül Kızılbora ilə ofisində görüşüb. E.Tatar, ölkəyə bu qədər böyük xidmətlər göstərmiş insanların həmişə xatırlanmasının sədaqət hissinin əhəmiyyətli bir əlaməti olduğunu deyib.

Bu barədə KKTC Cümhurbaşqanlığından bildirilib. Qeyd olunub ki, KKTC Cümhurbaşqanı “Erenköy müqaviməti Kıbrıs türkünün Çanaqqala dastanıdır” deyib.

O illərdə təhsilini tərk edərək vətəni müdafiə etmək üçün Erenköyə gedən yüzlərlə gəncin cəsarətini və xidmətlərini xatırlamağın və xatırlatmağın ən böyük vətəndaşlıq borcu olduğu vurğulanıb.

Görüşdə KKTC-nin hər zaman yaşayacağını ifadə edən E.Tatar suverenlik, təhlükəsizlik və azadlıqdan heç vaxt vaz keçilməyəcəyini bildirib.

E.Tatar, xidmətlərinə görə Nazım Kızılbora və Özgül Kızılboraya təşəkkür edərək KKTC-nin bu günlərə necə gəldiyini gələcək nəsillərə çatdırmağın zəruriliyinə də işarə edib.

Əlavə edək ki, Erenköy mücadiləsi 5-10 avqust 1964-cü ildə Kıbrısda rumların türk kəndlərinə hücumları zamanı bu kəndin sonadək dirənərək qorunması ilə yadda qalıb.

Mission News Theme by Compete Themes.