Press "Enter" to skip to content

Əfqanıstan Prezidenti üçün ibrətlik tarix dərsi…

Bayraqdar.info – Avqustun 15-də sakit bir şəkildə ölkəsindən ayrılaraq Əfqanıstanı Talibana təhvil vermiş Prezident Əşrəf Qəninin illər öncə yazdığı bir məqalə indi qlobal səviyyədə müzakirəyə səbəb olub.

Qərb mətbuatında geniş şəkildə müzakirəsi gedən məqalə 15 fevral 1989-cu ilə aiddir. Həmin dövrdə bəlkə də ölkəsinin prezidenti olacağını ağlına belə gətirməyən Ə.Qəni ABŞ-da dərc edilən Los Angeles Times qəzetində bir məqaləylə çıxış edərək Əfqanıstandakı siyasi rejimə və gəlişmələrə qiymət veribmiş.

Onu qeyd edək ki, o dövrdə gənc Ə.Qəni Johns Hopkins Universitetində antropologiya müəllimi işləyirmiş.

Gənc Ə.Qəni sözügedən məqalədə yazıb: “Sovetlər Əfqanıstanı tərk etdi. Bununla da Kabildə mühasirəyə alınmış oyuncaq rejimin dağılması an məsələsi oldu”.

Maraqlıdır ki, Ə.Qəninin 1989-cu ildə yazdığı bu sözlər indi tam olaraq onun özünə aid edilə bilər. Çünki ABŞ dəstəkli bir hakimiyyət sahibi idi. O vaxt necə ki, Sovetlər Əfqanıstan hakimiyyətini ortalıqda müdafiəsiz buraxaraq meydandan çəkilmişdi, indi də ABŞ eyni hərəkəti təkrarladı. Həyatın qəribəliyindəndir ki, 1989-da Sovetlərin bu əməlini qeyd edildiyi kimi dəyərləndirən Ə.Qəninin özü indi eyni taleyi yaşamalı oldu.

Yeri gəlmişkən, Ə.Qəni o dövrdə də Pakistanın ABŞ-ın dəstəyi ilə Əfqanıstanın iç işlərinə qarışdığını yazıb…

Mission News Theme by Compete Themes.