Press "Enter" to skip to content

Türk Keneşi Əfqanıstandakı olaylarla bağlı mövqeyini açıqladı

Bayraqdar.info – Türk Keneşinin Baş katibi Bağdad Amreyev Əfqanıstanda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.

Avqustun 17-də qurumdan verilən xəbərə görə, Keneşin Katibliyi Əfqanıstanda baş verənləri yaxından izləyir.

“Biz ölkədə sabitliyin və qayda-qanunun tezliklə bərpa edilməsinin gərəkliliyini vurğulayır və bütün əfqan tərəflərini mövcud böhranı dinc yolla həll etməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.

Keneş daha sonra ümid etdiyini bildirib ki, hakimiyyətin ötürülməsi dinc yolla baş verəcək. Bu proses isə bütün əfqanların təməl maraqlarını nəzərə almaqla milli barışığa töhfə verəcək.

“Türk Keneşi Katibliyi həm də Əfqanıstan daxili qüvvələrinin iklüziv hökumət formalaşdırmaqla bağlı iradəsini alqışlayır və ümid edir ki, tezliklə ölkədə qalıcı sülh və sabitlik əldə ediləcək”, – sözlərilə bəyanat sona çatır.

Mission News Theme by Compete Themes.