Bayraqdar.info – Ukraynaya məxsus Krımı işğal altında tutan Rusiya silahlıları avqustun 17-si səhər saatlarında burada həbslər keçirib.
Bu haqda xəbəri Ukrayna xarici işlər nazirinin 1-ci müavini Emine Ceppar öz sosial media hesabında verib.
E.Ceppar yazıb: “Rusiya işğalçıları Krımda qorxutma və təqib siyasətini davam etdirir. Səhərdən Krım tatarlarının evlərində bir sıra axtarışlar keçirildi. Hazırda ən azından beş nəfər saxlanılıb. Bu fəallar Rüstəm Tahirov, Cabbar Bekirov, Zaur Abdullayev, Raif Fevziyev və Rüstem Murasovdur. Rüstem Murasov Rostovdan tək qayıtmışdı. Orda ona “Hizb ut-Təhrir” uydurma cinayət davasından dolayı “hökm” elan edilməsi üçün getmişdi”.
Rustem Murasov Rostov-na-Donudan tek qayttı. Anda o, "Hizb ut-Tahrir" uydurma cinayet davası boyunca "üküm" ilân etilmesine barğan edi. 2/2
— Emine Dzheppar (@EmineDzheppar) August 17, 2021