Press "Enter" to skip to content

Mustafa Kaymakçı: Yunanıstan dövlətindən tələblərimiz var

Bayraqdar.info – “Vəqf Malları Yönətim Qurumu üzvlərinin Rodos və İstanköy türkləri arasında sərbəst bir seçimlə müəyyənləşdirilməsini tələb edirik.”

Birlik Gazetesi xəbər verir ki, bunu Rodos, İstanköy və Onikiada Türkləri Mədəniyyət və Dayanışma Dərnəyinin (ROİSDER) Başqanı Prof. Dr. Mustafa Kaymakçı deyib. O, bu günlərdə mətbuata yazılı açıqlamasında Yunanıstan dövlətindən bir sıra tələbləri təkrarlayıb: “Yunanıstanın İstanköy adasında türk-müsəlman vəqflərinə məxsus mədəniyyət əsərləri hərracda satılmağa davam edir və dağıdılır. ROİSDER, avqustun 17-də Yunanıstan Mədəniyyət və İdman Nazirliyinə və İstanköy Vəqf Malları Yönətim Qurumuna göndərdiyi məktublarla bu vəziyyəti şiddətlə qınayıb və hazırda insanlığın ortaq mülkiyyəti olan bu əsərlərin qorunmasını tələb edib. Yunan hakim dairələri Rodos və İstanköydə türk-müsəlman vəqflərinə məxsus mülkləri əritmək siyasətini davam etdirir”.

Bununla bağlı bir neçə faktın öz əksini tapdığı açıqlamada həmçinin ROİSDER olaraq Yunanıstan dövlətindən aşağıdakılar tələb edilib: “Rodos və İstanköy türklərinin türk kimliklərini qəbul etmələrinə və mədəni kimlikləri ilə təşkilatlanmalarına mane olan qanunların və təzyiqlərin aradan qaldırılması,
türk uşaqlarına ikidillilik əsasında ən azından ibtidai səviyyədə ana dili təhsili haqqı verilməsi,
türk-müsəlmanların ibadətlərini sərbəst şəkildə ifadə etmələrinin təmin edilməsi, Osmanlı türklərindən qalmış mədəni əsərlərin qorunmasına, saxlanmasına və təmirinə yunan hökumətlərinin diqqət yetirməsi,
Türk Müsəlman Vəqf Malları Yönətim Qurumu üzvlərinin Rodos və İstanköy türkləri arasında azad bir seçimdən keçməsini tələb edirik”.

Mission News Theme by Compete Themes.