Bayraqdar.info – Məşhur Nobel mükafatçısı, türk dünyasının fəxri Aziz Sancar Əfqanıstan olaylarından dərs çıxarılmalı olduğuna diqqət çəkib.
Avqustun 17-də özünün sosial media hesabında paylaşım edən A.Sancar belə yazıb: “Türk millətinin diqqətini cəlb edərək Vətəninə sahib çıxması gərək olan günlərdən keçirik. Xəyanət, etnik bölünmə və işğal Əfqanıstanı bu hala gətirdi. Eyni aqibəti yaşamamaq üçün türk milləti olaraq tək vücud olub Vətənimizlə bağlı güzəştə getməməliyik”.
https://twitter.com/AzizSancarProf/status/1427515812697583646?s=20