Bayraqdar.info – “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.
Bu barədə bayraqdar.info-ya avqustun 17-də Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycanı müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.
“Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Tank Biatlonu” (Rusiya), “Artilleriya Atəşinin Ustaları” (Qazaxıstan), “Dəniz Kuboku” (İran) və “Mədəniyyət Ordusu” (Rusiya) müsabiqələrində iştirak edəcəkdir”, – deyə Nazirliyin məlumatında bildirilir.