Press "Enter" to skip to content

Çinin xaricdə də həbsxanalar saxladığı, uyğurları orada tutduğu bəlli olub

Bayraqdar.info – Özünün repressiyalarıyla dünyada ciddi təpki görən Çin dövlətinin xaricdə gizli həbsxanalar saxladığı da bəlli olub. Belə həbsxanalardan biri bugünlərdə Birləşmiş Ərəb Əmirliklərində – Dubayda aşkar edilib.

Bu haqda xəbəri avqustun 16-da Associated Press yayıb.

Agentliyin yaydığı xəbərə görə, hazırda Niderlandda siyasi sığınacaq axtaran 26 yaşlı çinli qadın Vu Huan bu haqda məlumat verib.

V.Huanın özü məhz Dubaydakı gizli Çin həbsxanasında saxlanılıb. Onun dediyinə görə, nişanlısı dissident olduğu üçün Çin xidmətləri həbsini gerçəkləşdiriblər. Çin agentləri bu gənc xanımı Dubaydakı bir oteldən oğurlayaraq təcrid olunmuş bir yerə aparıblar. V.Huan orada özündən başqa iki nəfər uyğurun da tutulduğunu görüb.

Çinli xanım deyir ki, ondan nişanlısına qarşı zorla ifadə almaq istəyiblər. Lakin o, bundan imtina edib. Çin agentləri gənc xanımı məcbur edirmişlər ki, öz nişanlısına qarşı ifadə verib onun tərəfindən döyüldüyünü iddia etsin.

Beləliklə, bəlli olur ki, uyğurlara qarşı insanlıq dışı repressiyalar tətbiq edən qırmızı Çin rejimi hətta ölkədən kənarda da təqiblərini davam etdirir, həbsxanalar saxlayır və işgəncələrə davam edir.

AP yazır ki, Dubaydakı bu “qara dəlik” – gizli həbsxana Çinin xaricdə həbsxana saxlamasını təsdiq edən ilk faktdır.

Mission News Theme by Compete Themes.