Press "Enter" to skip to content

Ərdəbildə siyasi məhbus Əkbər Azada dəstək aksiyası keçirilib

Bayraqdar.info – Avqustun 16-da Ərdəbilli milli fəallar Tehran həbsxanasında saxlanılan siyasi məhbus Əkbər Azada dəstək aksiyası keçirib.

Divarlara Ə.Azadın simvolik təsviri olan qrafitlər vurulub. Qrafit Azərbaycanlı sənədli filmlər rejissoru Möhsün Hadi tərəfindən hazırlanıb.

Qeyd edək ki, yazıçı, tərcüməsi və tədqiqatçı Ə.Azad İran Yazıçılar Birliyinin və Fransanın ədəbi-mədəni birliyi olan “Pen Club”un üzvüdür.

Tehranda yaşayan tanınmış yazıçı və ziyalı Ə.Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən saxlanılıb.

Avqustun 12-də ailəsi ilə telefon əlaqəsi saxlayan tanınmış hərəkatçı Böyük Tehran Zindanına köçürüldüyünü bildirib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.