Press "Enter" to skip to content

Xaçmazın “Ulduzlar”ı yenidən toplaşmağa başlayıb

Bayraqdar.info – Avqustun 15-də Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında “Ulduzlar” ədəbi məclisinin növbəti məşğələsi keçirilib. Məclisin sədri Fərzalı Ziyanur yeni nəşrlər haqqında qısa məlumat verdikdən sonra söz şairlərə verilib.

Bu haqda xəbəri məclisin fəal üzvlərindən olan Azərbaycan Jurnalistlər Birliyinin üzvü Füzuli Barat yayıb.

AJB üzvü Mehrəli Qulu “Təmsillər”, “Adətimi tərgidim”;
Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Qədir “Ata evim”, “Dostum”, “Ağladım”;
Sabir Nemətov “Təhqirə cavab”;
Böyükağa Ağa “Asın”, “Sevgi uşaq deyil”, “Ayrı”;
Nəzər Mirzəyev “Adamlar və böcəklər”;
Qıztamam Baxışova “Sığal görməz tel kimiyəm”, “Dəniz”, “Nədənsiz”;
Müşfiq Qərib “Şükürlər olsun, ya rəbbim”, “Qorxma daha” şeirlərini;
AJB-nin üzvü Məhərrəm Mustafa “Əsgər oğlum” hekayəsini;
Fərzalı Ziyanur “İki dünya” mənsur şeirini oxuyub.

Füzuli Baratın özü isə nəşrə hazır olan “Xaçmaz tarixi faktlarla” kitabı haqqında danışıb.

Ədəbiyyat müəllimi, poeziya və mütaliə həvəskarı Tahir Musayev söz və bədii yazılar haqqında maraqlı çıxış edərək Vaqif Sultanlının “Sözün çürüməsi” əsəri haqqında fikirlərini çatdırıb.

Sonda Əməkdar jurnalist Azər Həsrət oxunmuş yazılar və regionda ədəbiyyata münasibət haqqında fikirlərini səsləndirib.

Qeyd edək ki, pandemiya başlayandan toplantılarına ara verməli olan “Ulduzlar” yumşalmaların ardından artıq ikinci dəfədir ki, məhdud sayda iştirakçıyla məclisini keçirir.

Məclis sonrası xatirə şəkli
Mission News Theme by Compete Themes.