Bayraqdar.info – “Bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər. Bunlar Nobel mükafatçısı Malala Yusufzayın 12 iyul 2013-cü ildə BMT-dəki çıxışının məşhur sözləridir.”
Bu cümlələr “THE” Beynəlxalq Cəmiyyətinin qurucu-sədri Qaiser Navabın bayraqdar.info-ya göndərdiyi açıqlamadandır.
Q.Navab daha sonra deyir: “Bu gün biz Əfqanıstanda bu sözlərin gücünə şahidlik edirik. Əfqan qızları siyasi təbəddülatlara baxmayaraq öz təhsillərini davam etdiriblər. Biz siyasi sabitliyin pozulması üzündən Əfqanıstanda yaranmış hazırkı durumdan çox narahatıq. Bu durum gənclərin inkişafına, qadınlara, uşaqlara, əlillərə birbaşa təsir etməklə BMT-nin dayanıqlı inkişaf məqsədlərini də zərbə altına qoyub. Bu gərgin durumda biz insanların – Əfqanıstanın zəif kəsimi və gənclərin yanındayıq. Onların öz Vətənlərində vəziyyəti yaxşılaşdırmaq üçün verdiyi qurbanların fərqindəyik”.
Bundan sonra qurucu-sədr əlavə edib: ““THE” Beynəlxalq Cəmiyyətinin Əfqanıstan bölməsi sağlamlıq və təhsil, insan haqları sahəsində öz fəaliyyətini davam etdirəcək ki, zəif kəsimlərə dəstək olsun”.