Press "Enter" to skip to content

Nazirlik şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb

Bayraqdar.info – Ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil sənədi) alan şagirdlər X sinfə qəbul edilə bilərlər.

Bu xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən avqustun 16-da verilib.

Xəbərdə bildirilir ki, övladının orta təhsilini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər avqustun 18-dək attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər.

Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə deyil, digər məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər isə (qanuni nümayəndə) avqustun 25-dən sentyabrın 10-na qədər “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə X sinfə qəbul üçün seçdikləri məktəblərə sorğu verməlidirlər.

“Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Övladının digər xarici dil tədris olunan məktəbin X sinfinə qəbulu ilə bağlı valideynin proqram təminatındakı sorğusuna yaşadığı (köçdüyü) ərazidə şagirdin əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda razılıq verilir.

“Xarici ölkələrdə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlərin valideynləri övladlarının X sinfə qəbulu üçün 25 avqust 2021-ci il tarixindən etibarən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə seçdikləri məktəbə sorğu verə bilərlər”, – deyə Nazirlyin xəbərində qeyd edilir.

Mission News Theme by Compete Themes.