Press "Enter" to skip to content

Məşhur əfqan yazıçıdan üzüntülü paylaşım

Bayraqdar.info – Əfqanıstan əsilli mühacir ailənin üzvü olan dünyaca məşhur yazıçı Xaled Hüseyni Vətənində baş verənlərlə bağlı rahatsızlıq ifadə edən paylaşımla diqqəti cəlb edib. O, özünün sosial media hesabında avqustun 15-də yazıb: “Amerika qərarı verildi. Və əfqanların qorxduğu kabus bizim gözlərimizin önünə sərilir. Biz qırx ildir sülh axtarışında olan insanları tərk edə bilmərik. Əfqan qadınları yenidən qapalı qapılar və örtülü pərdələr arxasında susdurulmuş olmamalıdır. Əfqanıstan üçün dua et”.

Qeyd edək ki, Əfqanıstan mövzusunda bir sıra romanları ilə oxucuların rəğbətini qazanmış X.Hüseyni ABŞ-a mühacirət etmiş bir əfqan ailənin övladıdır. O, ölkəsindən kənarda yaşasa da bütün əsərlərini Əfqanıstana, orada baş verənlərə, insanlarına həsr edir.

Yazıçının əsərlərini, o cümlədən xəzərə türklərindən bəhs edən “Çərpələng uçuran” romanını göz yaşları tökmədən oxumaq mümkün deyil. Həqiqətən də bu şərq ölkəsi – qədim tarixə və mədəniyyətə malik Əfqanıstan illərdir savaş və terrordan qurtula bilmir. 1979-cu il inqilabından sonra ölkə əvvəlcə Sovetlərin, ardından da ABŞ-ın nəzarətində oldu. Lakin bunların heç biri ölkəyə əmin-amanlıq və inkişaf gətirmədi.

İndi də Taliban terror təşkilatı Əfqanıstanı tam olaraq nəzarəti altına alıb. Avqustun 15-də Prezident Əşrəf Qəni də ölkəsini tərk etmək məcburiyyətində qalıb…

Mission News Theme by Compete Themes.