Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatar Gazimağusanın azad edilməsinin 47-ci ildönümü münasibətilə keçirilən mərasimlərə qatılıb.
KKTC Cümhurbaşqanlığından verilən məlumat görə, bu münasibətlə ilk mərasim avqustun 15-i saat 17.45 -də Qələbə Abidəsinin önündə baş tutub.
Mərasimdə abidənin önünə əklil qoyulub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himninin müşayiəti ilə bayraqlar yüksəldilib.
E.Tatarın qatıldığı ikinci mərasim isə saat 18.30-da İnönü Bulvarında təşkil edilib.
Mərasimdə Cümhurbaşqanı ilə yanaşı Təhlükəsizlik Qüvvələri Komandanı tümgeneral Zorlu Topaloğlu və Gazimağusa Bələdiye Başqanı İsmail Arter xalqı və hərbçiləri salamlayıb.
Mərasimdəki çıxışında E.Tatar Kıbrıs türkünün suverenliyi və dövlətinə sahib çıxmaq haqqını axtardığını ifadə edib: “Biz də bir razılaşma istəyirik. Amma sağlam təməldə, əmin əllərdə dövlətdən dövlətə razılaşma istəyirik”.
O, Kıbrıs Barış Hərəkatında şəhid olanları rəhmətlə, qaziləri şükranla anan “Gazimağusa heç bir zaman rum boyunduruğu altında olmadı” deyib.
Kıbrıslı türk xalqının milli mübarizəsini xatırladan E.Tatar bu mübarizə nəticəsində müstəqillik və azadlığa qovuşulduğunu ifadə edib.