Bayraqdar.info – Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Əfqanıstanla bağlı müzakirələr aparılıb. Maraqlıdır ki, müzakirələrdə Əfqanıstandakı durumdan illərdir əziyyət çəkən qonşu və dost dövlət Pakistanın nümayəndəsinə söz verilməyib. Bu isə Pakistan xarici işlər naziri Şah Mahmud Qureşinin narazılığına səbəb olub.
Nazir bununla bağlı sosial media hesabında mövqeyini ifadə edib.
“Təəssüf ki, BMT Təhlükəsizilik Şurasının bugünkü görüşündə Pakistana bir daha söz haqqı verilmədi. Heç şübhəsiz Pakistan Əfqanıstandan sonra bu münaqişənin on illərdir ki, qurbanıdır”, – deyə Ş.M.Qureşi yazıb.
It is unfortunate that #Pakistan was denied the opportunity to speak at today’s UNSC meeting on Afghanistan once again. After Afghanistan, it is undeniably Pakistan that has been a victim of decades of this conflict.
— Shah Mahmood Qureshi (@SMQureshiPTI) August 16, 2021
Əlavə edək ki, BMT TŞ-nin bu toplantısına Hindistan sədrlik edib. Pakistanla münaqişə durumunda olan Hindistan təmsilçisinin vəziyyətdən istifadə edərək Pakistana qəsdən söz vermədiyini ehtimal etmək olar…