Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə XİN başçıları Əfqanıstanla bağlı danışıb

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu

Bayraqdar.info – Avqustun 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

Bu haqda xəbəri bayraqdar.info-ya XİN-dən veriblər.

“Nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.