Bayraqdar.info – ABŞ Dövlət Departamentindən bayraqdar.info-ya avqustun 16-da daxil olan bilgiyə görə, bu ölkə özünün tərəfdaşları ilə birlikdə Əfqanıstana dair ortaq bəyanatla çıxış edib.
“Pisləşməkdə olan təhlükəsizlik durumunu nəzərə alaraq biz ölkəni tərk etmək istəyən əcnəbilər və əfqanların bunu təhlükəsiz və nizamlı şəkildə edə bilməsini təmin etmək üçün çalışır və bütün tərəfləri buna hörmətlə yanaşıb təminat yaratmağa çağırırıq. Əfqanıstanın hər tərəfində vəziyyətə hakim olanlar insan həyatı və əmlakının qorunması, həm də təhlükəsizlik və vətəndaş nizamını təcili bərpa etməklə bağlı məsuliyyət daşıyır və hesabatlılığa cavabdehdirlər”, – deyə bəyanatda bildirilir.
Daha sonra qeyd edilir ki, “ölkəni tərk etmək istəyən əfqanlar və xarici vətəndaşlara bunun üçün şərait yaradılmalıdır; yollar, hava limanları və sərhəd keçidləri açıq tutulmalı, sakitlik təmin edilməlidir”.
“Əfqan xalqı təhlükəsiz, sağlam və ləyaqətli yaşamı haqq edir. Biz beynəlxalq ictimaiyyət olaraq onlara yardımçı olmağa hazırıq.” Bunlar isə bəyanatın sonuncu sözləridir.
Ortaq bəyanatı ABŞ-la bərabər Avstraliya, Avstriya, Baham Adaları, Belçika, Burkina Faso, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Kot diVuar, Çexiya, Danimarka, Dominikan Respublikası, Salvador, Estoniya, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi, Mikroneziya, Fici, Finlandiya, Franca, Gürcüstan, Almaniya, Qana, Yunanıstan, Gvatemala, Gayana, Haiti, Honduras, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta , Marşal Adaları, Mavritaniya, Nauru, Niderland, Yeni Zelandiya, Niger, Norveç, Palau, Panama, Paraqvay, Polşa, Portuqaliya, Qatar, Güney Koreya, Kipr, Rumıniya, Sierra Leone, Slovakiya, Sloveniya, İspaniya, Surinam, İsveç, Toqo, Tonga, Uqanda, Birləşmiş Krallıq, Ukrayna və Yəmən imzalayıb.
Göründüyü kimi, Əfqanıstanın qonşu dövlətlərindən heç biri, eyni zamanda Yəmən xaric heç bir müsəlman ölkəsi bu bəyanata imza atmayıb. Eyni zamanda Azərbaycan və Türkiyə də daxil olmaqla heç bir türk dövlətinin adı siyahıda yoxdur. Əlbəttə, bunun səbəbləri haqqında məlumatsızıq. Biz qeyd olunan kateqoriyadan dövlətlərin bu bəyanata qoşulması üçün təşəbbüsün olub-olmadığını bilmirik. Ona görə də hələlik bu məsələni şərh etmək doğru olmazdı.