Press "Enter" to skip to content

Təcili tibbi yardım şöbələrində monitorinqlər davam edir

Bayraqdar.info – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən təcili tibbi yardım şöbələrində regionlar üzrə aparılan monitorinqlər davam edir.

TƏBİB-in mətbuat xidmətindən avqustun 13-də bayraqdar.info-ya verilən məlumata görə, monitorinqlərin aparılmasında məqsəd təcili tibbi yardım şöbələrinin struktur və fəaliyyətlərini standartlara uyğunlaşdırmaqdır.

Məlumata əsasən, TƏBİB-in uyğun departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Füzuli, Yevlax, Bərdə, Ağdam, Ağcabədi, Mingəçevir və Tərtər rayon xəstəxanalarında yoxlamalar aparılıb. Yoxlamalar zamanı müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirmələr əsasında təcili tibbi yardım xidmətinin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.

Məlumatda bildirilir ki, həmçinin, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.

Mission News Theme by Compete Themes.