Aqşin Dadaşoğlu
Biz dağların daş oğluyuq,
Bizi heç kim çapa bilməz!
Qurd balası, qurd oğluyuq,
Hər it gəlib qapa bilməz!
Qafqaz mənim, soyum, mayam,
Babam Alpdı, mən də oyam,
Vətən üçün cəngdən doyan,
Azadlığın tapa bilməz!
Bir havada ləngər etsək,
Nifrətmizi süngər etsək,
Sinəmizi səngər etsək,
Kimsə bizə bata bilməz.
Haqq bizdədi, hər kəs yalan,
Yurd yerində bizik qalan,
Dörd tərəfi düşmən olan,
Şirin-şirin yata bilməz.
Biz dağların daş oğluyuq,
Bizi heç kim çapa bilməz!
Qurd balası, qurd oğluyuq,
Hər it gəlib qapa bilməz.