Press "Enter" to skip to content

Avqust Kıbrıs türk tarixində əhəmiyyətli bir aydır

Son yeniləmə: 13 Avqust 2021 15:42

Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatar Təhlükəsizlik Qüvvələri Komandanlığına bağlı 4-cü Piyada Alayı Komandanlığının Bayraq Təslimi Mərasiminə qatılıb.

Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, mərasim Gülseren Qışlasında təşkil edilib. Mərasimdə çıxış edən E.Tatar, avqustun Kıbrıs türk tarixinin əhəmiyyətli bir ayı olduğuna diqqət çəkib. Cümhurbaşqanı 1571-ci ildə Kıbrısın türklər tərəfindən fəthinin, həmçinin TMT və GKK’nın qurulduğu günlərin məhz avqust tarixinə təsadüf etdiyini deyib.

Əsgərlərə müraciət edən E.Tatar daha sonra bildirib: “Bu adada bugünkü təhlükəsizlik, sülh və əmin-amanlıq sizin sayənizdə əldə edildi. Kıbrıs türk xalqının bu torpaqlarda öz dövlətinin damı altında suveren, azad və müstəqil yaşaya bilməsi sizin qəhrəmanlığınıza bağlıdır”.

Çıxışında adada əbədi sülhün əldə ediləmisinin şərtlərinə də toxunan E.Tatar yenidən Cenevrə danışıqlarını xatırladıb. Bildirib ki, Cenevrədə təqdim etdiyi 6 maddəlik təklifdə hər şey açıq əks olunub. Yəni adada əbədi sülhün əldə edilməsi yan-yana yaşayan iki suveren, bərabərhüquqlu dövlətin əməkdaşlığı nəticəsində mümkün ola bilər.

Mission News Theme by Compete Themes.