Bayraqdar.info – “Güney Kıbrıs rum yönətimi başqanlıq komissarı Photis Photiou və rum siyasətçilər çox həssas bir humanitar mövzu olan itkin insanlar məsələsindən Türkiyəyə qarşı təbliğat üçün istifadə edirlər. Onlar bununla da iki xalq arasında dərin yaralar açan bu məsələni istismar etməyə və atılan addımlara kölgə salmağa davam edirlər”.
Bu fikirlər KKTC Cümhurbaşqanlığının avqustun 11-də yayımlanan açıqlamasında öz əksini tapıb.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, rum tərəfinə etiraz xarakteri daşıyan açıqlamada deyilir ki, Kıbrıs türkü 1963-64 ilə 1974-cü illər arasında hamısı sadə vətəndaşlardan ibraət olan yüzlərlə itki verib: “Adada Kıbrıs türklərinə aid bir çox toplu məzarlar olduğu halda rum siyasətçilər sadəcə rum və yunan itkinlərdən bəhs edirlər. Bununla da bəhs edilən illərdə Kıbrıs türkləri arasında da itkinlərin olduğunu ört-basdır etməyə çalışırlar. Hər iki tərəfdən itkinləri tapmaq üçün elm adamlarından ibarət İtkin Şəxslər Komitəsinin nəzarəti altında KKTC və Türkiyə lazımi addımı atır. Yaxşı olardı ki, Kıbrısın rum tərəfi və Yunanıstan da itkinlərin tapılmasına dəstək göstərsinlər”.