Bayraqdar.info – İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı və özəl sektorun dəstəklənməsi dövlət başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Müşahidə Şurasının növbəti iclasında bildirilib.
İclas Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi, Şurada təmsil olunan müvafiq dövlət qurumlarının və Agentliyin nümayəndələrinin iştirakı ilə keçirilib.
Nazirlikdən avqustun 12-də bayraqdar.info-ya verilən xəbərə görə, iclasda KOBİA-nın 2020-ci il və 2021-ci ilin birinci yarısında fəaliyyəti müzakirə edilib.
Vurğulanıb ki, KOB-ların inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində də qarşıya hədəf kimi qoyulub.
Tədbirdə pandemiyanın milli iqtisadiyyata, o cümlədən KOB-lara göstərdiyi təsirlər barədə məlumat verilib. Həmçinin, dövlətin həyata keçirdiyi çoxşaxəli tədbirlər nəticəsində bu təsirlərin minimallaşdırıldığı, biznesin tədricən öz əvvəlki iqtisadi fəallığını bərpa etdiyi diqqətə çatdırılıb.
Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını şərtləndirib. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmək istəyən sahibkarların müraciətlərilə bağlı işlər KOBİA-nın qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən olacaq.
İqtisadiyyat naziri rəqabətədavamlı KOB subyektlərinin formalaşdırılmasının, dövlət satınalmalarında iştirak payının artırılmasının, startapların, ixrac potensialı olan KOB subyektlərinin dəstəklənməsinin zəruriliyini qeyd edib.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov 2020-ci ildə və 2021-ci ilin birinci yarısında Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edib. O, KOB-ların inkişafı, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi barədə danışıb. Eyni zamanda, KOB maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, yeni təşviq mexanizmləri haqda da məlumat verilib.
Tədbirdə bildirilib ki, hazırda 25 şəhər və rayonda 27 KOB dostu ofisi, 21 şəhər və rayonda isə KOB inkişaf mərkəzi fəaliyyət göstərir. Həmçinin, sahibkarlar Xaçmaz və Yevlaxda yaradılmış KOB evlərində 150-dək dövlət-biznes və 100-dək biznes-biznes xidmətlərindən yararlanırlar.
İclasda KOBİA-nın fəaliyyəti, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görüləcək tədbirlər barədə müzakirələr aparılıb.
#KOBİA (@smbgovaz) #MüşahidəŞurası-nın iclasında Agentliyin 2020-ci il və 2021-ci ilin birinci yarısında fəaliyyəti, KOB-ların inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi istiqamətində görüləcək işlər müzakirə edildi.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 12, 2021
Hazırda 25 şəhər və rayonda 27 KOB dostu ofisi, 21 şəhər və rayonda isə KOB inkişaf mərkəzi fəaliyyət göstərir, #sahibkar-lar #Xaçmaz və #Yevlax-da yaradılmış #KOBevləri-ndə 150-dək dövlət-biznes və 100-dək #biznes-biznes xidmətlərindən yararlanırlar.#İqtisadiyyat #EconomyAz pic.twitter.com/6XgeZp9Gga
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 12, 2021