Press "Enter" to skip to content

Bakı və Abşeron səmasında toz dumanı var

Bayraqdar.info – Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 12-də səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə edilən toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada tozun miqdarı normadan 3,9 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.