Press "Enter" to skip to content

Şəhidin anım tədbiri keçirilib

Son yeniləmə: 10 Avqust 2021 19:54

Bayraqdar.info – Avqustun 10-da İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin, Füzuli və Binəqədi rayon İcra hakimiyyətləri rəsmilərinin iştirakı ilə şəhid Yaşar Füzuli oğlu Sadıqovun anım mərasimi keçirilib.

Xəbər avqustun 10-da bayraqdar.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilib.

Xəbərdə bildirirlir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, döyüşçü dostları iştirak edib.

Qeyd edilib ki, Y.Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. O, 1992-ci ildə kənd orta məktəbini bitirib. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub və 1995-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub.

“Təhsilini başa vurduqdan sonra Yaşar gənc zabit kimi Naxçıvan Muxtar Respublikasına göndərilib, motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin kəşfiyyat bölməsinin zabiti vəzifəsinədək yüksəlib.

“2016-cı ilin aprel döyüşlərindən az sonra xidmət yeri Bakı Qarnizonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirilib və o, burada da xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Motoatıcı tabor komandiri, hərbi hissə komandirinin müavini olaraq nümunəvi xidmətləri ilə həmişə komandanlığın rəğbətini, tabeliyində olanların isə böyük sevgisini qazanıb.

“Sağlığında 6 döyüş medalı ilə təltif olunan igid zabit ölümündən sonra Prezidentin Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Y.Sadıqov 2020-ci il oktyabr ayının 2-də şəhid olub.

“Tədbirdə Füzuli rayon icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov və Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova hər iki rayonun ictimaiyyəti adından şəhid valideynlərinə Vətənə layiqli oğul yetirdiklərinə görə minnətdarlıq edib. Şəhidin Əsli və İnci adlı yadigar övladlarının dövlətin və xalqın qayğısı səyəsində atalarının adına layiq tərbiyə olunacaqlarına, boya-başa çatacaqlarına əminliklərini bildiriblər.

“Tədbir iştirakçıları hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında İkinci Şəhidlər xiyabanından ayrılıblar”, – deyə xəbərdə qed edilir.

Mission News Theme by Compete Themes.