Press "Enter" to skip to content

İranın erməni bölücülərə dəstək verməsi rəsmən təsdiqləndi

Xarici İşlər Nazirliyi

Bayraqdar.info – Avqustun 11-də İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Görüşdə səfirin diqqəti İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib. Eyni zamanda bununla bağlı qarşı tərəfə nota təqdim edilib.

Notada son dövrlər dost İrana məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılıq, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb.

Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud olan yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.

Mission News Theme by Compete Themes.