Press "Enter" to skip to content

İlham Məmmədov: Ermənistan rəhbərliyi revanşist ritorikadan xilas ola bilmir

Bayraqdar.info – “Təəssüflər olsun ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi işğalçı, revanşist ritorikadan xilas ola bilmir. Son günlər Ermənistan tərəfindən sərhəddə mütəmadi olaraq atəşkəsin pozulması belə deməyə əsas verir.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, ötən il 44 günlük Vətən müahirbəsindən sonra regionda tamamilə yeni vəziyyət yaranıb: “Bəlli olduğu kimi ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Darmadağın olan Ermənistan kapituliyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Düşünmək olardı ki, postmüharibə dövründə bu ölkənin hərbi və siyasi rəhbərliyi nəhayət ki, real vəziyyətə uyğun qərarlar verməkdə özündə güc tapacaq. Lakin yuxarıda qeyd etdiyim kimi, Ermənistan tərəfindən sərhəddə mütəmadi olaraq atəşkəsin pozulması, özü də bunun Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verməsi bədnam qonşularımızın hələ də ağıllanmadıqlarına işarə edir. Görünür, Ermənistan ağıllı qərarlar verilməsi üçün Azərbaycanın növbəti “dəmir yumruğu”nu istəyir”.

Mission News Theme by Compete Themes.